Tanınmış alim Ayətullah Məhəmməd Gilani dünyasın dəyişib

Maide.az-ın İSNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, rəbbani alim Ayətullah Məhəmməd Gilani bu gün səhər 86 yaşında Tehranda yerləşən xəstəxanalardan birində dünyasını dəyişib. O uzun zaman idi ki xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Ayətullah Gilani İslam İnqilabından sonra müxtəlif vəzifələrdə çalışıb. O cümlədən ali məhkəminin sədri, İranın Keşikçilər Şurasının üzvi, parlamentin üzvü, məsləhət şurasının üzvü və digər mühüm vəzifələri üstələnib.

Google+ WhatsApp ok.ru