Tanınmış siyasətçi və İslam Alimi vəfat edib

İranın tanınmış siyasətçisi , Mübariz Ruhanilər Bİrliyinin baş katibi Ayətullah Məhəmmədrza Məhdəvi Kəni vəfat edib.

Maide.az-ın məlumatına görə,artıq uzun müddət idi ki, səhhəti lə bağlı xəstəxanada müalicə olunan İranın “Xubrəqan məclisi”-nin rəhbəri Ayətullah Məhdəvi Kəni  bu gün Tehranda vəfat edib.

Qeyd edək ki, İran Xubriqan Məclisinin sədri Ayətullah Məhəmmədrza Məhdəvi Kəni cari ilin iyun ayında İslam İnqilabının sabiq rəhbəri Ayətullah Musəvi Xomeyninin vəfatının 25-ci ildünümü ilə əlaqədar keçiriən mərasimdə iştirakı zamanı ürək çatışmazlığından komaya düşərək, Tehranın Bəhmən xəstəxanasına yerləşdirilmişdi.

 İran İslam konstitusiyasının 107-ci maddəsinə əsasən, ölkənin ali liderini, üzvləri müctəhidlərdən və din alimlərindən ibarət olan “Xubriqan Məclisi” təyin etməlidir və onun işlərinə nəzarət etməlidir. Bu məclisin seçkiləri hər səkkiz ildən bir keçirilir. Ayətullah Məhəmmədrza Məhdəvi Kəni 5 il idi ki,  sözügedən məclisə rəhbərlik edirdi. Allah rəhmət eləsin /

 

Google+ WhatsApp ok.ru