Tarixi əhəmiyyətli qatar stansiyası məscid olacaq - FOTO

Tarixi əhəmiyyətli qatar stansiyası məscid olacaq - FOTO

Almaniyanın Vendlend federal əyalətinin Lüxov (Lüchow) şəhərinin müsəlman sakinləri könüllü olaraq xeyriyyəçilərin iştirakı ilə bu bölgənin tarixi əhəmiyyətli qatar stansiyasını məscidə çevirəcək.
 
Eremnews xəbərinə əsasən, həkim Mahir Muhandes köhnə qatar stansiyasını bir məscidə çevirməklə bağlı təşəbbüs irəli sürərək aksiya başlayıb. Muhandes bu məkanda 100 nəfərin eyni vaxtda camaat namazı qıla biləcəyinə diqqəti çəkərək, belə bir təşəbbüslə çıxış edib. Almaniyada müsəlman qaçqınların və azlıqda olan müsəlman əhalininin artımına diqqəti çəkən Muhandes, ölkədəki məscidlərin azlığının müsəlmanların ehtiyaclarına cavab vermədiyini qeyd edib. "Bir çox müsəlmanlar ətraf şəhərlərdən cümə namazı qılmaq üçün bu şəhərə gəlirlər. Bu yeni məsciddə qadınların da namaz qıla bilmələri üçün ayrı bir yer hazırlanmasına qərarlaşdırılıb", - deyə o bildirib.
 
Mahir Muhandes Almaniyanın müsəlman cəmiyyətinin mübarək Ramazan ayının başlaması ilə bu məscidin açılışına şahid olacağını vurğulayıb. (deyerler) /
 
 
 

Google+ WhatsApp ok.ru