Tayvanda zəlzələ zamanı dağılan binanı tikənlərin həbsinə order verilib

Tayvan prokurorluğu zəlzələ zamanı dağılan 17 mərtəbəli binanı tikən firma nümayəndələrinin həbsi üçün order verib.
 
Maide.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, binanın uçmasına tikinti qaydalarının pozulmasının səbəb olduğu ehtimal edilir.
 
Xatırladaq ki, fevralın 5-də Tayvan adasının cənub hissəsində 6,4 bal gücündə zəlzələ baş verib. Son məlumata əsasən, hadisə nəticəsində 41 nəfər həlak olub ki, onlardan da 39-nun cəsədi Tayyuan şəhərindəki həmin 17 mərtəbəli binanın dağıntıları altında aşkarlanıb. Xilasedicilər itkin düşən 100-dən çox insanın axtarışlarını davam etdirirlər.
 
İki tektonik piltənin toqquşduğu ərazidə yerləşən Tayvan planetin seysmik cəhətdən ən aktiv zonalarından biri hesab olunur. Adanın seysmoloji stansiyası hər il 18 minədək yeraltı təkan qeydə alır. 1999-cu ildə baş verən 7,6 bal gücündə zəlzələ zamanı 2,4 min nəfər insan həyatını itirmişdi.

Google+ WhatsApp ok.ru