Tayvan müsəlmanlar təhsil istəyir

Tayvan müsəlmanlar təhsil istəyir

Asiyanın şərqindəki ada ölkəsi Tayvanda yaşayan 200 min müsəlman saylarının azlığına görə təhsildən məhrumdurlar. Paytaxtdakı Taipei məscidiinin imamı İbrahim Qao bildirib ki, sayımızın az olduğu üçün yeni nəslə dini məlumatları ötürəcək təhsil imkanlarından məhrumuq. Digər ölkələrə nisbətən yaxşı vəziyyətdəyik. Ancaq dini təhsil və rəsmi qurumlarda təmsil məsələsində nöqsanlar var. Tayvanda 200 min müsəlman yaşayır, bunların yarısı yerli xalqdan, yarısı isə ölkəyə işləməyə gələnlərdən ibarətdir. Bu rəqəmin 23 milyonluq ölkə əhalisinə nisbətdə 1 faizdən azdır.
 
Maide.Az xəbər verir ki, müsəlmanlara dövlətin xüsusi dəstək vermədiyini, ancaq dinlər arasında bərabər imkanlar təklif etdiyini vurğulayan Qao qeyd edib ki, hər dinin mənsubu öz fəaliyyətini sərbəst icra edir. Konstitusiya və qanun çərçivəsində istədiyi təbliği apara bilər. Ölkədə dinlər arasında bərabərlik var. Azlıqların rəsmi olaraq tanınmır. Tayvanda müsəlmanların və digər din nümayəndələrinin qarşılaşdığı problemlərdən biri də məktəblərdə dini təhsil verilməməsidir. 
 
İbrahim Qao bildirib ki, başqa ölkələrdən gələn miqrantlar təhsilə davam etməkdə çətinlik çəkirlər. Ölkədə yalnız 7 məscid fəaliyyət göstərir. Valideynlər, əllərindən gəldiyi qədər uşaqlarına dini təhsil verir. Ancaq evdəki təhsil, məscidlərdə və ya İslam mərkəzlərində alınan təhsilin yerini vermir. Uşaqlar evlərində valideynlərinin nəsihət və sözlərini dinləyirlər, ancaq küçədə İslama dair bir şey eşitmirlər. Bu da məsuliyyət bizim üzərimizdədir. Sözügedən çatışmazlığı kompensasiya etmək üçün Tayvan müsəlmanları üçün hər bazar ertəsi günü dərs və seminarların keçirildiyi düşərgələr və tədbirlər keçiririk. (dunyabulteni) /

Google+ WhatsApp ok.ru