Tbilisidə  iftar süfrəsi - FOTO

Tbilisidə iftar süfrəsi - FOTO

Gürcüstanın müxtəlif şəhər, rayon və kəndlərində İslam dünyasının ən şəfqətli və müqəddəs rəhmət ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal almışdır.
Maide.Az xəbər verir ki, bölgələrdə  müsəlmanlar məzhəb və millətindən aslı olmayaraq birgə süfrə arxasında Ramazan sevincini yaşayır, birgə dualar edirlər. Ötən  axşam da Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Tbilisidə yaşayan dindarlar və şəhərin  din və ictimaiyyət xadimləri üçün  iftar süfrəsi təşkil olunub.
İftarda Tbilisidə olan müsəlman dövlətlərinin (Azərbaycan, İran, Türkiyə və İrak) səfirlik nümayəndələri də iştirak edib.
 
 
 
 

Google+ WhatsApp ok.ru