Tbilisidə GUAM-a üzv ölkələrin XİN başçılarının görüşü keçiriləcək

Tbilisidə GUAM-a üzv ölkələrin XİN başçılarının görüşü keçiriləcək

20 illik yubileyi münasibətilə

Tbilisidə oktybarın 8-də GUAM-ın 20 illik yubileyi münasibətilə təşkilata üzv ölkələrin XİN başçılarının görüşü keçiriləcək.
 
"Report" xəbər verir ki, bu barədə Azərbaycanda rəsmi səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
 
"GUAM ölkələrinin oxşar siyasi çətinlikləri var. Ölkələrin hər birinin qarşısında iqtisadi artım dayanır. Biz birlikdə bir sıra iqtisadi, nəqliyyat layihələri həyata keçirə bilərik. Hesab edirəm ki, təşkilatın Qara dəniz və Xəzər dənizi ölkələrini birləşdirən unikal əməkdaşlıq modeli var", - P.Klimkin deyib.
 
Onun sözlərinə görə, dünyanın böyük oyunçuları GUAM ilə iqtisadi əməkdaşlıqda maraqlıdırlar.
 
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov Azərbaycanın GUAM-ın inkişafında maraqlı olduğunu vurğulayıb: "Bu gün GUAM ölkələrinin hamısı ərazi bütövlüyü problemi ilə qarşılaşıb. BMT-də bu məsələdə vahid qüvvə kimi çıxış edirik."

Google+ WhatsApp ok.ru