Tbilisidə azyaşlılar arasıdna Quran müsabiqəsi - FOTO 27 İyul 2018 01:00 Dünya Artıq neçə ildir ki, Tbilisidə Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qız uşaqları arasında Qurani-Kərimin üzündən düzgün və sərbəst oxunuşu üzrə yarışlar təşkil olunur. Maide.Az xəbər verir ki, keçirilən yarışlarda ölkənin müxtəlif yerlərindən onlarla oğlan və qız uşaqları hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayırlar. Bu il üçün təşkil olunan yarışa bu gün Tbilsidə yerləşən “Əhli-beyt” məscidində start verildi. Yarışda 40-dan çox azyaşlı qız uşaqları iştirak etdi. Növbəti yarış bu ayın 29-da azyaşlı oğlanlar arasında olacaq. Yarışların sonunda uğurla çıxış edib fərqlənən şagirdlər (qaliblər) və onların ustadları Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən pul mükafatları ilə qiymətləndiriləcək. Bütün iştirakçılara Təqdirnamələr, Qurani-Kərimin tərcüməsi və digər kitablar hədiyyə olunub. Teqlər : #Tbilisidə azyaşlılar arasıdna Quran müsabiqəsi FOTO , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nyu Yorkda qaçqınlara dəstək məqsədilə `çamadanla` etiraz aksiyası keçirildi - VİDEO Robert Koçaryan barəsində həbs qərarı çıxarılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO