Tbilisidə 4 azərbaycanlı saxlanılıb

Tbilisidə 4 azərbaycanlı saxlanılıb

-- Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinirlər.

Bu gün səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.
 
APA-nın yerli bürosunun məlumatına görə, əməliyyat nəticəsində 2 qadın və 2 kişi olmaqla, 4 nəfər saxlanılıb. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinirlər.
 
DİN faktla bağlı istintaq aparır.
 
Qeyd edək ki, son aylar Poniçalada keçirilmiş xüsusi əməliyyatlar zamanı 30 nəfərə yaxın şəxs saxlanılıb.
 

Google+ WhatsApp ok.ru