Tehranda terror nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

Tehranda terror nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

Tehranda baş vermiş terror hadisələri nəticəsində ölən və yaralananların sayı artıb.
 
Maide.İnfo xəbər verir ki, İran Məhkəmə Tibbi Ekspertizasının rəhbəri Əhməd Şücai bildirib ki, terror nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
 
O əlavə edib ki, ölənlərdən 3 nəfər qadındır.
 
Qeyd edək ki, bundan öncə 13 nəfərin öldüyü, 40-dan çox adamın yaralandığı haqda məlumat yayılıb.
 
Xatırladaq ki, ötən gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyni türbəsinə silahlı hücum olub. / 

Google+ WhatsApp ok.ru