Tel-Əvivdə sionist ordusunun fələstinlilərə qarşı hücumuna etiraz edildi

Tel-Əvivdə sionist ordusunun fələstinlilərə qarşı hücumuna etiraz edildi

-- yüzlərlə insan, Qəzza sərhədindəki fələstinlilərə qarşı müdaxiləsinə son verməsini tələb edib

İsrail rejiminin paytaxtı Tel-Əvivdə ordunun Qəzza sərhədindəki fələstinli dinc sakinlərə qarşı hücuma digər sakinlər etiraz eib.
 
Maide.Az "deyerler.org" istinadən xəbər verir ki, İsrail rejiminin radiosuna görə, paytaxtda toplaşan yüzlərlə insan, ordunun Qəzza sərhədindəki fələstinlilərə qarşı günlərdir davam etdirdiyi müdaxiləsinə son verməsini tələb edib.
 
Nümayişçilər sionist rejimdən məsələnin siyasi həllinin və sülh prosesinin yenidən başladılması üçün şüarlar səsləndiriblər.
 
İsrail rejimində solçu müxalif Meretz partiyasının sədri Tamar Zandberq də Qəzzada baş verənlərlə bağlı istintaq komissiyasının yaradılmasını tələb edib.
 
Blokada altında olan Qəzzanın İsrail rejimi sərhədində martın 30-u başlayan və hələ də davam edən dinc aksiyalara İsrail rejiminin əsgərlərinin həqiqi güllə ilə müdaxiləsi nəticəsində 17 fələstinli şəhid olmuş, 1600 nəfər də yaralanmışdır.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru