Terrorçular Misirdə dinc sakinlərə hücum ediblər: Qurbanlar var

Misirin Şimali-Sina əyalətində "İŞİD"ə beyət etmiş "Ənsar Beytul-Maqdis" terrorçuları iki mənzili minaatanlardan hədəfə alıblar. Burada 11 dinc sakin həlak olub, 6 nəfər yaralanıb. Qeyd edək ki, hazırda  ordu Şeyx-Zuveyd şəhərində əməliyyat həyata keçirir.
Xatırladaq ki, həftənin  əvvəlində ordu şəhərdə apardığı əməliyyatda terror təşkilatının 15 üzvünü məhv edə bilmişdi.
 
2013-cü ildə Misirdə Məhəmməd Mursinin hərbiçilər tərəfindən devrilməsi "Müsəlman Qardaşlar"ı üzvləri və liderlərinin təqib edilməsi ölkənin şimalında daha radikal və təkfirçi qüvvələrin ortaya çıxmasına zəmin yaradıb. Hazırda Misir hökuməti bir ildən çoxdur ki, Sina Yarımadasında hərbi əməliyyatlar aparır.

Google+ WhatsApp ok.ru