Terrorçular Zeynəbiyyə bölgəsinə havan topu ilə atəş açıblar

Terrorçular Zeynəbiyyə bölgəsində havan topu ilə atəş açıblar . Mərmilərdən biri  Həzrət Zeynəb (s) hərəminin 100 metrliyində Əl-Tin küçəsinə , digəri isə hərəmin şimal qapısının üzərindəki saata dəyib.
Maide.az xəbər verir ki, partlayış nəticəsində  şimal qapısının üzərindəki divara xəsarət dəyib.
Məlumata əsasən, hadisə bu gün yerli vaxtla saat 20:00 -da baş verib. Partlayış nəticəsində 2 nəfər yaralanıb.
Məlumatda bildirlir ki, terrorçular bu gün həmçinin Dəməşqin mərkəzində Əl-İmarə bölgəsində xanım Rüqəyyə (s) hərəminin yaxınlığına iki havan topu ilə atəş açıblar. Bu hadisə nəticəsində də xəsarət alan olmayıb. /
 

Google+ WhatsApp ok.ru