Test imtahanı ləğv edilir? - Təhsil Nazirliyi açıqladı - VİDEO

Test imtahanı ləğv edilir? - Təhsil Nazirliyi açıqladı - VİDEO

Ali məktəblərə qəbul zamanı test sistemi tamamilə ləğv ediləcəkmi? Bununla əlaqədar yaranan söz-söhbətlərə təhsil nazirinin müavini Ceyhun Bayramov aydınlıq gətirib. Nazir müavini məktəb dərsliklərində yaranan problemlərdən də danışıb.
 
Test imtahanının ləğv edilməsi müzakirə mövzusu ola bilməz. Bu sözlərlə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov test daha təkmil hala gətirilməsinin bəzi şəxslər tərəfindən düzgün başa düşülmədiyinə diqqət çəkib. Onun sözlərinə görə kurrikulum tətbiq olunan təhsildə təkcə test sistemi ilə qiymətləndirmə yetərli olmur.
 
Nazir müavini eyni zamanda dərsliklərdə meydana çıxan problemlərdən də danışıb. Ceyhun Bayramov bəzi dərsliklərin tənqid olunmasına normal yanaşdıqlarını, ancaq dərsliklərin hazırlanmasında ən müasir metodlardan istifadə edildiyini vurğulayıb. Nazir müavini dərsliklərin peşəkar səviyyədə hazırlanması üçün elmlər akademiyasının instututları, ictimaiyyət nümayəndələrinin fikirlərinin də nəzərə alındığını bildirib.
 
Nazir müavini onu da qeyd edib ki, bu il X siniflər üçün yeni dərsliklər hazırlanacaq. Bunun üçün tender ötən il elan edilib və həmin dərsliklərin hamısı qiymətləndirilərək müvafiq şöbəyə təqdim olunub. Bundan sonra da hər il bir sinfin dərsliklərin yenilənməsi prosesi davam etdiriləcək.
 

Google+ WhatsApp ok.ru