Tezliklə Məşhəd-Bakı uçuş reysi açılacaq

İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin bazar günü Tehranda keçirilən İranın İraq, Azərbaycan Respublikası və Türkmənistanla praktiki ticarət konfransında deyib: "Azərbaycan Respublikası vətəndaşları İrana səfər etməyə maraqlıdırlar və ildə bir milyon Azərbaycan vətəndaşı istirahət və turizm, müqəddəs məkanların ziyarəti və müalicə üçün İrana səfər edir". 
 
İranın şimal-şərqində yerləşən Məşhəddən Bakıya uçuş reysinin açılması üzrə müzakirələrin davam etdiyini bəyan edən Pakayin bildirib: "Hər həftə Tehran və Bakı arasında 8 uçuş həyata keçirilir və Məşhəd-Bakı uçuş reysinin açılması ilə şiələrin 8-ci imamı Həzrət İmam Rzanın (ə) pak ziyarətgahının zəvvarlarından əlavə, İran və Azərbaycan Respublikası iş adamları da bu potensialdan istifadə edə bilərlər". 
 
İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkənin ticarət dövriyyəsinin ildə təxminən 500 milyon dollar olduğunu bildirib və deyib: "Turizm və çamadan ticarətinin əlavə olması ilə İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin dəyəri ildə 1 milyard dolları keçəcəkdir". 
 
İranın Bakıdakı səfiri həmçinin Qərbin Rusiya əleyhinə sanksiyalarına toxunaraq, xatırladıb: "Hazırkı zaman kəsiyində İran məhsullarının Rusiyanın böyük bazarına ixracı üçün Azərbaycan Respublikası ən yaxşı yoldur".
 

Google+ WhatsApp ok.ru