Tezliklə Kəbədə təvaf bərpa ediləcək

Tezliklə Kəbədə təvaf bərpa ediləcək

Məkkə şəhərindəki Məscidul-Həram və Mədində şəhərindəki "Məscidun-Nəbi (s)" hərəmləri tezliklə açılacaq. 
 
Maide.Az "İslam.ru"a istinadla xəbər verir ki, bu barədə hərəmlərin rəsmi intaqram hesabında məlumat verilib. 
 
Məlumatda bildirilir: 
 
"Bütün müsəlmanlara müjdə vermək istəyirəm. Tezliklə İki Müqəddəs Məsciddə hər şey normal vəziyyətə qayıdacaq.  Kəbədə təvaf bərpa ediləcək və  Peyğəmbərimizi (s)  ziyarəti mümkin olacaq."
  
Bununla yanaşı, məlumatda  məscidlərin rəhbərliyinin bu məsələdə tələsmədiyini qeyd olunub.
 
Qeyd edək ki, bir müddət öncə  Səudiyyə Ərəbistanı koronavirus epidemiyası ilə  əlaqədar Məkkə şəhərindəki Məscidul-Həram və Mədində şəhərindəki "Məscidun-Nəbi (s)" hərəmlərini  ziyarət etməyi qadağan edib.
 
 
 

Google+ WhatsApp ok.ru