Tibbi çantası olmayan sürücülər 3-5 manat cərimə olunacaq

Avtomobil sürücüləri tibbi çantalardan istifadə edirmi.
 
ANS TV-nin məlumatına görə, qəzalar zamanı xəsarət alan şəxslərin köməyinə hər zaman təcili tibbi yardım briqadaları çatır və onların köməyilə yaralı şəxslər yaxınlıqdakı tibb ocaqlarına çatdırılır.
 
Amma bu ana kimi, yaralı şəxsin köməyinə hər bir insan gələ bilər. Tibbi personalın ilkin yardımına kimi, maşınlarda olan tibbi çantalardan istifadə etmək mümkündür. 
 
Amma apardığımız müşahidələr və şahidi olduğumuz qəzalar zamanı çox vaxt bu çantalardan istifadə edilmədiyinin şahidi oluruq.
 
Bəs problem nədədir? Niyə kimisə, xilas etmək imkanınımız ola-ola niyə ondan istifadə etmirik. Çünki, çoxu bu çantaları avtomobilinə qoymağa belə ərinir. 
 
Məsələn, şəhərdə apardığımız müşahidə zamanı tək-tük sürücü maşınında tibbi çantanın olmasını etiraf etdi. Hətta sübut üçün həmin qutuları bizə göstərdi də. Elə sürücülər də rast gəldik ki, heç həmin qutunun nəyə lazım olduğunu da bilmirdi.
 
Həkimlər isə bildiri ki, bəzən tibbi çantanın varlığı belə hər şey demək deyil. Məsələ burasındadır ki, bəzi sürücülər tibbi çantam var deyib ondan illər uzunu istifadə belə etmir. Lakin bəzən tibbi çantaların içərisində vaxtı keçmiş dərman preparatları olur. 
 
Ona görə də hər ayın sonu həmin prepartlar istifadə müddətinin bitib-bitməməsinə, yararlığına nəzər salınması məsləhətdir. Qaldı ki, tibb çantalarının içərisində hansı tibbi ləvazimatlar olması və ilkin tibbi yardım necə göstərilməsi məsələsinə.
 
“Tibbi çantalar bir küncə atılıb qalmamalıdır. Buna daim nəzarət olunmalıdır. Əgər sürücüdə hər hansı bir xəstəlik varsa və mütəmadi olaraq hansısa dərman periparatına ehtiyacı varsa, tibbi çantada onların olması məsləhət görülür”, – deyə həkim Adil Qeybulla bildirib.
 
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirir ki, nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutuları ilə bağlı İnzibati Xətalar Məcəlləsində də xüsusi maddə var. 
 
Həmin maddədə bu qayda pozunsuna görə, 3 manatdan 5 manatadək cərimə də nəzərdə tutular. Elə həmin qutularının satış qiyməti də təxminən həmin məbləğə yaxındır.
 
“İdarə edilən nəqliyyat vasitələrində komplekləşdirilmiş dərman qutuları olmalıdır. Əgər komplekləşdirilmiş dərman qutuları idarə edilən nəqliyyat vasitəsində yoxdursa, sürücü inzibati qaydada məsuliyyətə cəlb edilir”, – deyə Vaqif Əsədov qeyd edib.
 
Hər halda, qanundan da, cərimədən də əsas insanın sağlamlığıdır. Çünki heç kim, qəzadan sığortalanmayıb. Odur ki, ehtiyyatınızı əldən verməyin./

Google+ WhatsApp ok.ru