Tibb üzrə Nobel mükafatçılarının adları açıqlandı

Fiziologiya və tibb üzrə Nobel mükafatının bu il üzrə qalibləri müəyyənləşib. Mükafat amerikalı parazitoloq Uilyam Kempbell, yapon mikrobioloq Satosi Omuraya və çinli Tu Youyou təqdim olunub.
 
Mükafat onlara parazit xəstəliklər sahəsində gördükləri işlərə görə verilib.
 
Stokholmun Karolina universitetindəki Nobel Assambleyası bəyan edib ki, onların bir sıra ən təhlükəli parazit xəstəliklərə qarşı hazırladıqları müalicə üsulları inqilaba səbəb olub.
 
Əslən İrlandiyadan olan Uilyam Kempbell ilə yaponiyalı Omura Askorid parazitlər (yumru qurdlar tipinə aid fəsiləyə daxil olan növlər digərlərindən daha böyük və bəzən uzunluqları 40 santimetrədək olur) sahəsindəki işə, çinli Tu isə malyariyaya qarşı yeni terapiyaya görə layiq görülüb.
 
Mükafatın ümumi dəyəri 960 min dollardır.
 
2015-ci il üzrə elm, ədəbiyyat və sülh mükafatçıları isə həftənin sonlarında bəlli olacaq.

Google+ WhatsApp ok.ru