Tibetdə doqquz nəfər qar uçqunu zamanı həlak olub

Tibetdə doqquz nəfər qar uçqunu zamanı həlak olub

Bazar günü səkkiz metrə qədər dərinliyi olan qar Nqari dairəsində olan heyvandarlar düşərgəsinə aşıb. 
 
Maide.Az xarici mediaya istinadən bildirir ki, xilasedicilər qar uçqunu nəticəsində Çinin Tibet muxtar rayonunda olaraq, itgin düşən doqquz nəfərin hamısının cəsədi tapıblar. Həlak olanların hamısının yerli sakinlər olduğu bildirlir. 
 
Axtarış-xilasetmə işləri təxminən bir sutka davam edib. Tonlarla qar insanlarla bahəm, 450 mal-qaranı da  diri-diri basdırıb.
 
Xilasedicilər bu rayonda yenidən qar uçqunlarından ehtiyatlanırlar. Hakimiyyət artıq iki evin sakinlərini evakuasiya ediblər. 
 
Qeyd edək ki, Nqari dairsəi dəniz səviyyəsindən 4,5 min metr yüksəklikdə yerləşir. /

Google+ WhatsApp ok.ru