Turkiyədə hərbi çevrilişə cəhddə ölənlərin sayı 265-ə çatdı

Turkiyədə hərbi çevrilişə cəhddə ölənlərin sayı 265-ə çatdı

Turkiyədə hərbi çevrilişə cəhdin qarşısı alınarkən 161 polis, hərbçi və mülki şəxs ölüb.
 
Trend-in TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
 
Onun sözlərinə görə, həbs edilmiş hərbi qiyamçıların sayı isə 2839-a çatıb.
 
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hərbçilər Atatürk hava limanını və dövlət televiziyasının binasını ələ keçiriblər. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.
 

Google+ WhatsApp ok.ru