Ticarət Mərkəzində baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

Ticarət Mərkəzində baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

Maide.Az  Nazirliyin saytına istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4000 kvadratmetr “BİG” Store ticarət mərkəzinin 300 m2 sahəsi yanıb. Yüksək temperaturdan tavan 1050 m2 sahədə dağılıb. Hadisə zamanı yaşayış binasından 90 nəfər sakin (30 nəfər uşaq, 60 nəfər sakin) yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub, onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili yardım tərəfindən Toksikologiya şöbəsinə aparılıb.
 
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, tüstüdən zəhərlənən 10 nəfərə tibbi yardım göstərilib.
 
Baş toksikoloq qeyd edib ki, 10 nəfərin hamısı evə buraxılıb.
 
Ticarət mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 09:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
***
Avqustun 13-ü səhər saatlarında Bakıxanov qəsəbəsindəki ticarət mərkəzində yanğın baş verdiyi bildirilir.
 
APA-nın xəbərinə görə, hadisə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni açılmış ticarət mərkəzində qeydə alınıb.
 
Hadisə yerinə yanğınsöndürənlərin cəlb edildiyi, insanların təxliyə edildiyi qeyd olunur. Artıq yanğının söndürüldüyü bildirilir. Hələlik, yanğının başvermə səbəbi açıqlanmır.

Google+ WhatsApp ok.ru