Tiflisdə baş vermiş güclü daşqın nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb-Foto-Yenilənib

Matəm elan olundu

Gürcüstanda baş vermiş daşqında 12 nəfərin ölümünə görə, 15 iyun matəm günü elan edilib. 
 
ANS PRESS-in məlumatına görə, bu haqda Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.
 
"Təəssüf ki, həlak olmuşlar var. Bu böyük faciədir. Həlak olmuşların yaxınlarına və ailələrinə başsağlığı verirəm. Sabah matəm günü elan olunması haqqında Gürcüstan hökumətinin sərəncamı var", - deyə Qaribaşvili bildirib.
 
Tiflisdə daşqının qurbanlarının sayı 12 nəfərə qədər artıb , onlarla ailə evsiz qalıb.
 
"Tiflisdəki kadrları görəndə ürəyim partlayır. Təbii fəlakət nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm"- bu sözləri Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ölkəsindəki fəlakətə münasibət bildirərkən deyib.
 
Saakaşvili qeyd edib ki, Ukraynanın daxili işlər naziri Arseni Avakovla telefon əlaqəsi saxlayıb, Gürcüstana yardım etməyin mümkün olub-olmadığını soruşub: "O, mənə dedi ki, Ukraynanın fövqəladə xidməti Gürcüstana yardım etməyə hazırdır".
***
Tbilisdə təbii fəlakət baş verib. Güclü yağıntı və fırtına daşqına səbəb olub. Şəhərin küçə və meydanları su altında qalıb. Son məlumatlara görə, fəlakət nəticəsində 11 nəfər həlak olub.
Maide.az xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Şurasının rəhbəri Mindiya Canelidze təbii fəlakət nəticəsində 11 nəfərin həlak olduğunu bildirib. Onlardan 3-nün qadın və bir nəfərin zoopark işçisi olduğu qeyd edilib. 
Tiflis meri David Narmaniya sonradan daha bir nəfərin meyitinin aşkarlandığını bildirib. 
Hazırda ölənlərin sayı dəqiqləşdirilir.
Tiflisin bir neçə mərkəzi yollarında hərəkət məhdudlaşdırılıb. 
Daşqın zamanı zooparkdakı vəhşi heyvanların qaçdıqları da bildirilir. Zooparkdan qaçan heyvanların axtarışına aidiyyatı qurumların qüvvələri və xüsusi təyinatlılar cəlb olunublar. 
Təbii fəlakət zamanı müxtəlif xəsarətlər almış 20-dək sakin xəstəxanalara çatdırılıb. Daha 10 nəfər itkin düşmüş sayılır.  /
 
Tiflisdə güclü daşqın: Küçələrində pələnglər, canavarlar və timsah dolaşır - Dəhşətli görüntülər

Google+ WhatsApp ok.ru