Tomas Melia: “ABŞ Azərbaycan hakimiyyəti ilə sərt danışıqlar aparır...”

“ABŞ Azərbaycanda hüquq-müdafiə təşkilatlarına qarşı repressiyalarla bağlı bu ölkənin hakimiyyəti ilə sərt danışıqlar aparır”. musavat.com-un məlumatına görə, belə bir açıqlamanı Amerika dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia “Azadlıq” radiosuna müsahibəsində verib.
 
Onun sözlərinə görə, ABŞ rəsmi təmsilçiləri Azərbaycanla danışıqlarda beynəlxalq və yerli QHT-lərin təqibinin “qeyri-məqbul” olduğunu qeyd ediblər. “Birləşmiş Ştatlar habelə, Azərbaycan hakimiyyətinin nəzərinə çatdırıb ki, ölkənin uzunmüddətli sabitliyi və çiçəklənməsinin əsas təminatçısı vətəndaşların ictimai işlərdə iştirakıdır”, - deyib Ağ Ev rəsmisi. 
 
Melia onu da vurğulayıb ki, hakimiyyət Azərbaycanın daha yaxşı gələcəyini təmin edə bilər, əgər tolerant və təmkinli olsa.
 
Əlavə edək ki, ötən il Bakıya səfərinə imkan verilməyən Tomas Melia tezliklə təzədən Azərbaycana gəlmək istədiyini bəyan edib./
 

Google+ WhatsApp ok.ru