Vəkili İlqar Məmmədovla görüşüb

REAL sədri İlqar Məmmədovun vəkili Fuad Ağayev müvəkkili ilə görüşə bilib.
Görüş REAL sədrinin saxlandığı Binədəki cəzaçəkmə müəssisəsində baş tutub. Bu barədə məlumat verən REAL icra katibi Natiq Cəfərli İ.Məmmədovun durumu ilə bağlı bildirib: "Bu gün Binədəki cəzaçəkmə müəssisəsində saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədovun yanına getmişdik. Mən görüşə bilməsəm də (etibarnamənin vaxtı bitib, təzəsini alacağam), dəyərli vəkil Fuad Ağayev İlqarla görüşüb. İlqarın vəziyyəti yaxşıdır, karantin bitib, saxlanma şəraiti pis deyil, artıq havada daha çox qala bilir, bir az arıqlayıb, amma, özü də çoxdandır arıqlamaq istəyirdi . İlqardan bütün dostlara salam var, yəqin ki, artıq içəridəki insanlara Cümhuriyyət haqqında məlumat verir".
 
Xatırladaq ki, "İşmayıllı işi" üzrə məhkum olunan İ.Məmmədov barəsində məhkəmə 7 illik həbs qərarı verib. Nüfuzlu beynəlxalq təşkilatlar onun azadlığını tələb edir.  deyerler /

Google+ WhatsApp ok.ru