Torontoda halal qida günləri keçirilib

Torontoda halal qida günləri keçirilib

Kanadanın Toronto şəhərində halal qida günləri keçirilib.
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  Şimali Amerikada böyük festival halını alan tədbirdə müxtəlif yaş kateqoriyalarına mənsub olan  35 min nəfər iştirak edib.
 
Halal yeməklərin nümayiş olunması Kanada fəaliyyət göstərən müsəlman cəmiyyətlərinin fəaliyyətini işıqlandırıb. 
 
Festivala qida sənayesinin fəalllarından olan 150-dən çox istehsalçı şirkət qatılıb. 
 
Torontodakı festival çərçivəsində halal yeməklərin bişirilməsi və təqdim edilməsi ilə yanaşı islam tarıxı və mədəniyyəti barədə də məlumat verilib.
 
Həmçinin iştirakçıların və uşaqların əyləncəsinə də yer ayrılıb.
 
Qeyd edək ki Kanada müsəlmanlarının çox hissəsi əhalinin  sıx məskunlaşdığı Toronto  şəhərində yaşayır.

Google+ WhatsApp ok.ru