Tovuzda canavarlar kəndə hücum edib

Tovuzda canavarlar kəndə hücum edib

 
Tovuz rayonunda fərdi təsərrüfat canavar hücumuna məruz qalıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Mülkülü kəndində qeydə alınıb. Gecə saatlarında səs-küyə çıxan təsərrüfat sahibi Vahid Məmmədrzayev 15 xırdabuynuzlu heyvanın canavarlar tərəfindən parçalandığını görüb.
 
Parçalanmış heyvanlardan bir neçəsi həyətdə, digərləri isə yaxınlıqdakı əkin sahəsində aşkarlanıb.
 
Kənd sakinləri canavarların tez-tez kəndə hücum etdiyini bildiriblər. Bir neçə gün əvvəl yırtıcılar 2 at və 1 iribuynuzlu heyvanı da parçalayıblar. /

Google+ WhatsApp ok.ru