Tovuzda zəncirvarı qəza baş verib

Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində zəncirvarı qəza baş verib.

Hadisə ötən axşam qeydə alınıb. Yol ilə hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Müşfiq Abbasov idarəetməni itirərək maşını yolun kənarında dayanan “”Mercedes” və “Nissan” markalı avtomobillərə çırpılıb. Qəza zamanı sürücü M. Abbasov və maşında olan 2 sərnişin müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. M. Abbasovun vəziyyəti ağır olduğundan Gəncədə olan tibb müəssisələrinin birinə köçürülüb. Yolun kənarında dayanan maşınlarda xəsarət alanlar olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru