Tramp: `Terrordan qorunmaq üçün internet kəsilməlidir` 15 Sentyabr 2017 01:00 Dünya “Gələcəkdə baş verə biləcək terror hadisələrindən qorunmaq üçün internet kəsilməlidir”. APA-nın xəbərinə görə, bunu ABŞ dövlət başçısı Donald Tramp şəxsi "Twitter" səhifəsində yazıb. D.Tramp internetin terrorçuların əlində əsas alət olduğunu qeyd edib. O bildirib ki, internet terrorçuların əsas məlumat bazası olduğuna görə, internet ya kəsilməli, ya da ondan daha səmərəli istifadə edilməlidir. Bu gün London metrosunda törədilən partlayışa da münasibət bildirən dövlət başçısı bildirib ki, terrorçular xəstə adamlardır. Qeyd edək ki, bu gün London metrosunda ən az 20 nəfərin yanıq xəsarəti alması ilə nəticələnən partlayış olub. Teqlər : #Tramp: `Terrordan qorunmaq üçün internet kəsilməlidir`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sığın Moskvada nəqliyyat hərəkətini iflic etdi (VİDEO) Liviyanın mübarizə və müqavimət siması Ömər Muxtarın edamından 86 il keçir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO