Tramp Qüdsə köçürüləcək səfirliyin açılış mərasimində iştirak edə bilər 06 Mart 2018 02:00 Fələstin -- may ayının 14-də ABŞ prezidenti Donald Tramp Qüds səfirliyinin açılış mərasimində iştirak edə biləcəyini açıqlayıb. Maide.Az "eastnews"- a istinadən xəbər verir ki, Donald Tramp ABŞ-ın Qüdsdəki yeni səfirliyini may ayının 14-də açmaq üçün Fələstinin işğal olunmuş ərazisinə gedə biləcəyi açıqlamasını verib. Qeyd edək ki, dünən Qvatemala prezidenti Cimmi Morales Vaşinqtonda Amerika-İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC) təşkil etdiyi illik konfransında çıxış edərkən bildirib ki, Qvatemala Təl-Əvivdəki səfirliyini Qüdsə daşıyacaq. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2017-ci il dekabrın 6-da Qüdsü İsrail rejiminin sözdə paytaxtı elan edib və ABŞ-ın Təl-Əvivdəki səfirliyini işğal edilmiş müqəddəs şəhərə köçürməyi planladığını açıqlayıb. Beynəlxalq ictimaiyyət Trampın bu qərarını kəskin tənqid edir. Teqlər : #Tramp Qüdsə köçürüləcək səfirliyin açılış mərasimində iştirak edə bilər , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist rejim Qəzzaya kimyəvi maddələr səpdi Ağ Ev qarşısında Fələstinə dəstək aksiyası keçirildi - Foto
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar