Tramp Rusiya və Səudiyyə Ərəbistanı ilə neft qiymətlərini müzakirə edib 10 Aprel 2020 11:19 Dünya ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı kralı Salman bin Abdulaziz və Rusiya prezidenti Vladimir Putin ilə neft qiymətlərini müzakirə etdi. Maide.Az xəbər verir ki, "Kovid-19"-a qarşı mübarizənin gündəlik mətbuat konfransında Tramp bu gün Kral Salman və Putinlə 1.5 saatlıq telefon danışığının olduğunu bildirdi. "Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və neft sənayesi ilə əlaqədar çox yaxşı bir söhbət etdik." Bu ifadədəni işlədən Tramp, ABŞ-ın enerji sektorunda heç kimin işsiz qalmasını istəmədiyini söylədi. Tramp, "Kral Salman və Putinlə danışığın nəticəsi çox yaxşı oldu. Nə olacağını görəcəksiniz. Bildiyiniz kimi OPEC iclası oldu. Deyə bilərəm ki, onlar razılaşmaya çox yaxındırlar. Tezliklə başa düşəcəyik" söyləyib. Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatı ilə bağlı fikir ayrılığının olduğunu vurğulayan Tramp, "o qədər çox neft istehsalı var ki, heç kim nə edəcəyini bilmir. Bu neftləri saxlamağa hətta yer yoxdur", - deyə bildirib. Teqlər : #Tramp,#Rusiya,#və,#Səudiyyə,#Ərəbistanı,#ilə,#neft,#qiymətlərini,#müzakirə,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BVF: 2020-ci il sərt iqtisadi eniş il olacaq ‘Kovid-19’ üçün ən sürətli testi müsəlman qadın tapdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO