`Türk Hava Yolları` qarla bacarmır - 463 reys ləğv olundu

`Türk Hava Yolları` qarla bacarmır - 463 reys ləğv olundu

"Türk Hava Yolları" (THY) güclü qar yağması səbəbindən İstanbul aeroportlarında 463 daxili və beynəlxalq reysi ləğv edib.
 
Trend-in aviaşirkətə istinadən verdiyi məlumata görə, ləğv edilmiş reyslərə biletlər il ərzində digər tarixlərdə olan uçuşlar üçün istifadə edilə bilər.
 
Qeyd edək ki, bu gün səhər saatlarından İstanbula güclü qar yağır.
 
Xatırladaq ki, THY qarlı-şaxtalı hava şəraitinə görə ilin əvvəlindən 1600-dən çox reysi ləğv etmişdi. Ümumilikdə aviaşirkətə 100 milyon lirədən çox ziyan dəyib.
 

Google+ WhatsApp ok.ru