Türkiyədə prezidentliyə namizədlər rəsmən elan olundu

Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkiləri ilə bağlı rəsmi təbliğat kampaniyası bu gündən başlayır.   Türkiyənin Yüksək Seçim Qurumu prezidentlik uğrunda yarışacaq üç namizədin adlarını açıqlayıb: Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyasının birgə namizədi Ekmeleddin İhsanoğlu, hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan və Xalqların Demokratik Partiyasının lideri  Səlahəddin Demirtaş.
 
Qeyd edək ki, ölkə tarixində ilk dəfə prezident xalq tərəfindən seçiləcək. 

Google+ WhatsApp ok.ru