Türkiyə hökumətindən fövqəladə toplantı çağırışı

Maide.az-ın verdiyi məlumata görə, İsrailin Qəzzaya hücumu ilə əlaqədar Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı və BMT İnsan Haqqları Şurasını fövqəladə yığıncağının şağırılmasını istəyib. 
 
Xarici işlər naziri Əhməd Davutoğlu İsrailin Qəzzaya quru hücumuyla əlaqədar, "İsrailin hava hücumlarıyla törətdiyi insanlıqdan kənar cinayətlərin ardınca indi də Qəzzaya quru hərəkatı başlatmasını lənətləyirik", - deyib.
 
Davutoğlu Twitterdəki hesabından açıqlamasında bildirib ki, Fələstinlə əlaqədar gecə ssatlarında Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla danışıb və fövqəladə toplantı çağırışını ona çatdırıb: "Bütün ölkələrin İsrailin bu saymazlığına "dayan" deməsini gözləyirik". 
 
Davutoğlu həmçinin ABŞ xarici işlər naziri Con Kerri ilə də telefon danışığı apararaq, ondan İsrailin Qəzzaya təşkil etdiyi quru hücumunun ən qısa müddətdə dayanmasını istəyib.

Google+ WhatsApp ok.ru