Türkiyənin Parlamentinin CHP-li nümayəndələri Qəzzəyə gedəcək

Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Vəli Ağbaba Türkiyə Böyük Millət Məclisinin  İnsan Haqları Komissiyasına yazılı müraciət edərək Türkiyə Parlament nümayəndə heyətinin Qəzzəyə göndərilməsini istəyib.

Maide.az-ın timeturk-ə istinadən məlumatına görə, O deyib ki, sabah CHP-dən olan 10 millət vəkili Qəzzəyə getmək üçün Xarici İşlər Nazirliyinə müraciət edəcək.

 “Qəzzəyə getmək üçün nə lazımdırsa edəcəyik.  10 millət vəkili Qəzzəyə getmək istəyir. Təkcə tənqid etmək və bəyanatlarla bu iş olmur və hərəkət etmək lazımdır”, -deyə Vəli Ağbaba deyib.

 

Google+ WhatsApp ok.ru