Muzdlu serblər Ukraynadakı separatçılara yardım edir

Ukraynanın şərqində vuruşan separatçıların tərkibində serbiyalı muzdluların vuruşması məlum olub. 

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, onlar Rusiya ərazisinə gələrək orada rus xüsusi xidmət orqanlarından təlimat alır. Daha sonra Avropa pasportu ilə rahat formada Ukrayna ərazisinə daxil olur, oradan separatçılara qoşuluraq döyüşlərdə iştirak edirlər. 

Serbiyalılar daha çox separatçıların snayper bölüklərində xidmət edirlər.  Rusiya xüsusi xidmət orqanları həmçinin serblər vasitəsi ilə separatçılara pul və başqa vasitələr də ötürür. Onların Avropa pasportuna sahib olması ukraynalıların işini çətinləşdirir. 

h.r

Google+ WhatsApp ok.ru