Türkiyə XİN: `Əsassız iddialar böyük bir məsuliyyətsizlik nümunəsidir`

Türkiyənin Xarici İşlər Nazirliyi Türkiyənin sərhəd kənarında yeganə torpağı olan Süleyman Şah Türbəsinin Mosul Baş Konsolluğu heyətinin sərbəst buraxılması qarşılığında İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına veriləcəyi iddiasına dair, "Mosul Baş Konsolluğu heyətinin girov götürülməsi məsələsi ətrafında ortaya atılan əsassız iddialar böyük bir məsuliyyətsizlik nümunəsidir", - deyə açıqlama verib.
 
Maide.az-ın məlumatına görə, açıqlamada, "belə həssas bir mövzuda jurnalistika və mətbuat əxlaqına uyğun hərəkət edilməli, əsassız, spekulyativ və məsuliyyətsiz yayımlar ictimaiyyətin ‎yanlış istiqamətləndirilməsindən diqqətlə qaçınılmalıdır.
 
Bütün mətbuat orqanlarını bu mövzuda lazım olan həssaslığı  göstərməyə, ictimaiyyəti də bu cür xəbərlərə inanmamağa dəvət edirik. Mosul Baş Konsolluğumuzun heyətinin ən qısa zamanda sağlam şəkildə ölkəmizə dönmələrinin təmin edilməsi üçün əlaqədar bütün orqanlarımız işlərini davam etdirməkdədir", - deyə bildirilir.

Google+ WhatsApp ok.ru