Türkiyə “Əl-Qaidə”ni maliyyələşdirir - Amerikalı səfir

AzadXeber.az-ın verdiyi məlumata görə, ABŞ-ın Türkiyədəki keçmiş səfiri Frensis Rikkardione maraqlı bəyanatla çıxış edib. O, bildirib ki, "Əl-Qaidə" terror təşkilatının Suriyadakı qolu olan "Əl-Nusra" cəbhəsini birbaşa rəsmi Ankara dəstəkləyir. 
 
Məlumat üçün bildirək ki, "Əl-Nusra" cəbhəsi Suriyada varlığını davam etdirsə də, əvvəlki kimi güclü deyil. Suriya ordusunun həmlələrinə tab gətirməyən terrorçular ya ölkəni tərk edir, ya da "İŞİD" sıralarına qoşulurlar.
 
Qeyd edək ki, Amerikanın "İŞİD" terrorçularına qarşı apardığı mübarizədə Türkiyə öz müttəfiqinə yardımdan imtina edib. Türkiyə hökuməti İncildəki hərbi bazaya da ABŞ qoşunlarını buraxmaqdan imtina edib və "İŞİD"ə qarşı koalisiyaya qoşulmaqdan boyun qaçırıb.

Google+ WhatsApp ok.ru