Türkiyədə gözdən əlillər üçün Quran mədrəsələri istifadəyə veriləcək

Türkiyə dövləti ölkənin müxtəlif regionlarında gözdən əlillər və zəifgörənlər üçün xüsusi Quran qiraəti və hifzi tədrisi məqsədi ilə  mədrəsələr tikməyi  planlaşdırır. Bunu Türkiyənin Diyanət Təşkilatının rəisi Məhəmməd Görməz deyib.

Maide.az-ın  "Səda əl-Bələd" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, M.Görməz əlavə edib ki,  "Hal-hazırda bu mədrəsələrin tikilməsi və açılması istiqamətində lazım olan proqramlar və gərəkli addımlar atılıb və bu yöndə işlər davam etdirilir".

M. Görməz deyb ki, bu mədrəsələrdə zəifgörənlər və gözdən əlillər Quran qiraəti və hifzi tədris olunacaq. Bu məqsədlə peşəkar və mütəxəssis kadrlar hazırlanıb və həmçinin Quran-Kərimin "bril" nüsxələri çap edilib.

M.Görməz sonda qeyd edib ki, çalışırıq ki, zəif eşidən və ya kar insanlar üçündə xüsusi Quran təlimləri kursları təşkil edək. /

 

Google+ WhatsApp ok.ru