Türkiyədə baş verən yol qəzasında 12 nəfər ölüb

Türkiyənin İsparta vilayəti ərazisində dəhşətli yol qəzası baş verib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında İspartada alma bağçalarında çalışan mövsümlük işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Dərəyə yuvarlanan mikroavtobusdakı 12 sərnişin ölüb, 8-i yaralanıb. Hadisə yerinə ambulanslar və tibbi işçiləri göndərilib.
 
Qəzanın səbəbləri hələlik bəlli deyil. /


 

Google+ WhatsApp ok.ru