Türkiyə Qəzza sektorunda məscidləri inşa edəcəyinə söz verdi

Türkiyənin din naziri bildirib ki, Türkiyə Qəzza sektorunda 50 günlük sionist rejim  hücumlarının nəticəsində yararsız hala düşmüş məscidlərin bərpasında iştirak edəcək. 

Maide.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Məhmət Görməz, Türkiyənin Qəzza əhalisini dəstəklədiyinə işarə edərək qeyd edib ki, Ankara Fələstin məsələsində üç istiqamətdə hərəkət edir, bunlardan biri  Əl-Əqsa məscidinə olan sionist hücumları ilə bağlıdır, bu məsələ ilə bağlı daim namazlarda dua edilir, konfranslarda müzakirələr olunur. 
 
Türkiyəli nazir, Fələstin probleminə dair fikrini şərh edərkən bildirib, " Bu gün Yaxın Şərqdə şahidi olduğumuz bəlalar Əl-Əqsa məscidi və Qüdsə qarşı olan səhlənkar münasibətə görə Allahın cəzasıdır". 

Türkiyə Qəzzada dağıdılmış məscidlərin bərpasında iştirak etməyə hazır olduğunu bildirir, ölkənin müxtəlif partiyaları isə höküməti İsrailə qarşı ikili siyasət apardığına görə günahlandırır. // 
 

Google+ WhatsApp ok.ru