Türkiyə-Ermənistan sərhədinin açılmasının bir addımlığı

Papa Fransisk: “Türkiyə-Ermənistan sərhədinin açılması çox gözəl olardı”

Roma papası Fransisk Türkiyə-Ermənistan sərhədlərinin açılmasını arzu etdiyini bildirib.
 
Maide.az Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, papa bu ölkədə 3 günlük səfərini tamamlayaraq Vatikana dönüb.
 
Papa jurnalistlərə açıqlamasında Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinin onun qəlbində olduğunu bildirib: “Kaş o sərhəd açılsa... O qədər gözəl bir şey olar ki... Mən o bölgədə sərhədlərin açılmasını çətinləşdirən geosiyasi problemlərin olduğunu bilirəm. Xalqlar arasında anlaşma olması üçün dua edək”.  
 
Qeyd edək ki, papa Fransisk Türkiyəyə səfəri zamanı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, dini işlər üzrə idarənin rəhbəri Mehmet Görməz və digər rəsmi şəxslərlə görüşüb. 

Google+ WhatsApp ok.ru