Türkiyədə aksiya

Türkiyədə əhali  dövlətin maliyyə siyasətlərinə qarşı etiraz aksiyası keçirib.
Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə,  Türkiyə dövlətinin büdcə tənzimi siyasətinə etiraz edən əhali şənbə günü bu ölkənin paytaxtı Ankara şəhərində küçələrə çıxaraq, dövlətə qarşı şüar verib.
Minlərlə dövlət işçisi və fəhlə birliklərinin üzvü Ankarada böyük aksiyada iştirak edib. Aksiya iştirakçıları Türkiyə dövləti tərəfindən yenicə təklif olunmuş tədbirlərə qarşı öz hiddətini nümayiş etdirib.
Aksiyaçıların əllərində üzərlərində Türkiyə dövlətinin 2015-ci il büdcəsini tənqid edən şüarlar  olub.
Etirazçılar “Yoxsulluq, savaş və işsizlik büdcəsi istəmirik!” şüarı veriblər. /
 

Google+ WhatsApp ok.ru