Türkiyədə ilk ateist təşkilatın saytı bağlandı

Maide.az xəbər verir ki, Türkiyədə məhkəmə ilk ateist təşkilatın saytına girişi bağlayıb. Bu barədə Al Arabiya məlumat yayıb. 
 
Məhkəmə saytın fəaliyyətini əksəriyyətin İslam dininə etiqad etdiyi ölkədə “dini dəyərləri təhqir edən” hesab edib.
 
Təşkilatın nümayəndələri öz növbəsində məhkəmə qərarını qanunsuz və antidemokratik adlandıraraq bəyan ediblər ki, bu qərar Türkiyənin xarici aləmdə imicinə mənfi təsir edəcək. 

Google+ WhatsApp ok.ru