Türkiyədə 3 nazir istefaya gedib

Türkiyədə 3 nazir Konstitusiyanın tələbinə əsasən parlament seçkilərinə 3 ay qalmış vəzifədən gedib.
 
Daxili işlər naziri Əfqan Ala, ədliyyə naziri Bəkir Bozdağ və nəqliyyat, dənizçilik, kommunikasiya naziri Lütfi Əlvan vəzifələrindən istefa veriblər.
 
Ə. Alanın yerinə DİN-in aparat rəhbəri Səbahəddin Öztürk, B. Bozdağın yerinə Ədliyyə Nazirliyinin aparat rəhbəri Kənan İpək, L. Əlvanın yerinə isə Nəqliyyat, Dənizçilik, Kommunikasiya Nazirliyinin aparat rəhbəri Feridun Bilgin müvəqqəti olaraq nazir təyin olunublar.
 
Qeyd edək ki, Türkiyə Konstitusiyasının 114-cü maddəsinə əsasən parlament seçkilərinə 3 ay qalmış daxili işlər, ədliyyə və nəqliyyat-kommunikasiya nazirləri vəzifədən getməli və seçkilərdən sonra yeni hökumət qurulana qədər bu vəzifələri bitərəf dövlət məmurları tutmalıdır. 
 
Türkiyədə iyunun 7-də növbəti parlament seçkiləri keçiriləcək. 

Google+ WhatsApp ok.ru