Türkiyədə prokurorlar üsyan etdi - VİDEO

Maide.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən "Cənab, "cübbəlini yoxla bilməzsiniz" deyə bir şey yoxdur. Bal kimi də yoxlanılar" deməsindən sonra bu gün Çağlayan Ədliyyə binası girişində növbə yaranıb. Sıx şəkildə axtarılan vəkillər, prokurorlar məhkəmə iclaslarına gecikiblər. 
 
Qeyd edək ki, Cümhuriyyət prokuroru Mehmet Səlim Kirazın ədliyyə otağında girov götürdükdən sonra əməliyyatda öldürülməsindən sonra Çağlayandaki İstanbul Ədliyyə binasında vəkillər yoxlanılaraq içəri buraxılıb. Vəkillər bir-bir yoxlanıldığı üçün Ədliyyə önündə böyük növbə yaranıb.  
 
Bu yoxlanışlara etiraz edən vəkillər və prokurorlar polislə mübahisə ediblər. Onlar x-ray cihazlarına vuraraq və yuh deyərək reaksiyalarını bildiriblər.

Google+ WhatsApp ok.ru