Türkiyədə yeni həbslər keçirilib

Türkiyə İstanbul şəhərinin 8 rayonunda “DHKP-C” terror təşkilatına qarşı helikopter dəstəkli əməliyyat keçirilib. 
 
Maide.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, İstanbul polis idarəsi Terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatda 10 nəfərdən çox şübhəli saxlanılıb. 
 
Əməliyyatın Ataşehir, Başakşehir, Bağçılar, Bahçelievler, Bakırköy, Esenyurt, Kiçikçəkməcə və Sultanqazi rayonlarında keçirildiyi bildirilir. 
 
Sultanqqzidə keçirilən əməliyyat zamanı isə üzünü maska ilə gizlətmiş bir qrup polislərə daş ataraq qaçıb. 
 
Saxlanılan şübhəlilər “Haseki” təlim və araşdırma xəstəxanasına aparılaraq həkim nəzarətindən keçiriliblər. 
 
Aralarında qadınların da olduğu şübhəlilər daha sonra İstanbul şəhər polis idarəsinə aparılıblar. 
 
 
 

Google+ WhatsApp ok.ru