Türkiyədə 76 gündə 1000-dən çox terrorçu öldürülüb

Türkiyədə son 3 ayda daha çox aktivləşən PKK terrorçularına qarşı əməliyyatlar davam edir.
Maide.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, 22 iyundan etibarən son 76 gündə PKK-ya qarşı keçirilən əməliyyatlarda 1288 terrorçu məhv edilib.
Bundan başqa, 25-i yaralı olmaqla 88 terrorçu saxlanılıb. Terrorçuların törətdiyi teraktlar zamanı isə 124 təhlükəsizlik qüvvə əməkdaşları (əsgər, polis və mühafizəçi) şəhid olub, 356 nəfər isə yaralanıb.
Terrorçular son 76 gündə əksəriyyəti yük maşını olmaqla 270 avtomobili yanıdırıb.
Polislərin keçirdikləri genişmiqyaslı əməliyyatlar nəticəsində PKK ilə əlaqəsi olduğu şübhə edilən 2623 nəfər saxlanılıb, onlardan 741-i həbs edilib. /
 

Google+ WhatsApp ok.ru