Türkiyə də saatları geri çəkir

Yaz saatı tətbiqi bu gecə saat 04.00-dan etibarən sona çatır

Maide.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə yaz saatı tətbiqinin qurtarması ilə əlaqədar saatlar, şənbədən bazar gününə keçən gecə 04.00-dan etibarən 1 saat geri çəkiləcək.
Qış saatı tətbiqinin, 1 noyabr parlament seçkilərinə görə 8 noyabra qədər təxirə salınmasına yönəldilmiş tənzimləmə, daha əvvəl Enerji və Təbii Ehtiyatlar naziri Əli Rza Alaboyunun imzası ilə Baş nazirə göndərilmişdi.
 
Nazirlər Kabinetinin qərarı ilə yaz saatı tətbiqi çərçivəsində, gün işığından daha çox faydalanmaq və elektrik qənaəti üçün saatlar 29 martda 03.00-dən etibarən 1 saat irəli çəkilmişdi.

Google+ WhatsApp ok.ru