Türkiyənin XİN rəhbəri Bakıya rəsmi səfərə gəlir 26 Noyabr 2015 02:00 Ölkə Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya rəsmi səfərə gəlir. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib. Bu, Türkiyə XİN rəhbərinin yeni hökumət təsdiq edildikdən sonra xaricə ilk rəsmi səfəridir və ənənəvi olaraq nazir ilk xarici səfərini Azərbaycana edir. Qeyd edək ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlıq münasibətləri və regional məsələlərin müzakirəsi nəzərdə tutulur. / Teqlər : #Türkiyənin XİN rəhbəri Bakıya rəsmi səfərə gəlir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əhalini soyuqdan donduran hökumət Şikayətçini həbsxananın qarşısından “oğurladılar”