Türkiyə-İran sərhədində yük maşınlarının 50 km-lik növbəsi yaranıb 05 Yanvar 2016 02:00 Dünya Türkiyə ərazisində İrana məxsus 500 yük avtomobili yanacaqsız qalıb. APA-nın "tabnak.ir"-ə istinadən verdiyi məlumatına görə, bunu İranın Qərbi Azərbaycan əyalətinin Böhranı İdarəetmə Mərkəzinin rəhbəri Əmirabbas Cəfəri deyib. O bildirib ki, Bazarqan-Korbulaq sərhədinin Türkiyə tərəfində İrana məxsus 500, Türkiyəyə məxsus 1500 yük avtomobilinin qar və çovğun səbəbindən İrana keçməsi ləngiyir: “50 kilometr uzunluğunda növbə yaranıb. Ötən gündən İranın Qırmızı Aypara Cəmiyyəti və Qərbi Azərbaycan əyalətinin Böhranı İdarəetmə Mərkəzinin əməkdaşları İrana məxsus yük maşınlarının sürücülərini isti paltar, yemək və digər ehtiyac maddələri ilə təmin etməyə başlayıblar. Onun sözlərinə görə, həmin sürücülər havaların soyuması və yanacaqlarının bitməsi səbəbindən sərhəddə qalıblar. “Artıq ötən gündən 10 min litr yanacaq əraziyə çatdırılıb. Ümid edirik gələn 48 saat ərzində problem həllini tapacaq”. Qeyd edək ki, ötən həftənin ortalarından İranın Qərbi Azərbaycan əyalətinə qar yağır. Bəzi yerlərdə qarın hündürlüyü 70 sm çatır. Teqlər : #Türkiyəİran sərhədində yük maşınlarının 50 kmlik növbəsi yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda Hindistan konsulluğu yanında partlayış baş verib Türkiyədə növbəti qayıq faciəsi: 8 miqrantın cəsədi sahilə çıxdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO